AZ

Batistuta Messi ilə Maradona arasında seçim etdi

Öz dönəminin mühüm forvardlardan biri olan argentinalı Qabriel Batistuta ünlü həmyerliləri Dieqo Maradona ilə Lionel Messi haqda danışaraq onları müqayisə edib.

Qeyd edək ki, Messiyə qədər Argentina yığmasının ən məhsuldar oyunçusu məhz Batistuta idi. Hazırda 57 yaşı olan və karyerasını bitirdikdən sonra futboldan kənar həyat sürən ''Batiqol'' bunları deyib:

''Hər nə qədər problemləri olsa da, Dieqo mənim üçün mükəmməl insan idi. Yaşca məndən böyük idi. Amma hər zaman ona həqiqətləri söyləməyə çalışırdım. Bəlkə də bu üzdən mənə böyük hörməti var idi. Ölümü məni çox üzdü. Amma əsas üzücü olan şey onun yalqız ölməsi oldu. Yanında heç kim yox idi. Yiyəsiz bir it kimi öldü. Onu qorumaq üçün heç də əlimizdən gələni etmədik. Özümü günahkar sayıram. Ona yardım edə bilərdim. Bir insanı sevirsənsə, ehtiyacı olduqda onun yanında olmalısan. Dieqo bizə inanılmaz anlar yaşatdı. Ümid edirəm ki, bu hadisələr Messinin başına gəlməyəcək. Onlar kənardan hər şeyə sahib olan super qəhrəmanlar kimi görünürlər. Amma onlar da insandı. Messi ilə Maradonanı çox müqayisə etsələr də, onlar tamam fərqlidi. Messi məhsuldarlığı yüksək olan və daha sakit təbiətli futbolçudu. Dieqo isə daha güclü xarizmaya və xarakterə malik idi. Mənim üçün hələ də ən güclüsü Maradonadı''.
Seçilən
20
football-plus.az

1Mənbələr