“Kanadanın Rusiyaya qarşı yeni sanksiyaları sadəcə olaraq Böyük Yeddiliyin (G7) xarici işlər nazirlərinin Fransada keçiriləcək görüşü ilə üst-üstə düşmək üçün hazırlanmış kağız-kuğuzdur”.
“Azadmedia.az” xəbər verir ki, bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov TASS-a bildirib.
“Bu, Kanada Baş naziri Mark Karninin kabinetinin ən azı bu anti-Rusiya klubunun üzvlərinə bəyanat verə bilsin deyə, eyni zamanda, Kanada daxilindəki rusofob lobbiyə hesabat verilməyi üçün atılan addımdır”.
Qeyd edək ki, Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib, 100 gəmiyə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 2014-cü ildən bəri Kanada Rusiya əleyhinə sanksiya siyahılarına 3400 fiziki və hüquqi şəxs və 600 gəmi əlavə edib.