AZ

Azərbaycan neftinin 1 bareli 120 ABŞ dollarını keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.55 ABŞ dolları və ya 6,6% artaraq 121.25 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dolları təşkil edib.

Oilprice.com agentliyinin verdiyi məlumata görə “Azeri Light” neftinin 1 bareli 1,88 ABŞ dolları və ya 1,54% bahalaşaraq 123,94 ABŞ dollarına satılıb.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
14
7
veteninfo.az

10Mənbələr