Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ İranın enerji obyektlərinə planlaşdırılan hücumlarını 10 gün müddətinə dayandııb.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb:
"İran hökumətinin xahişi ilə enerji qurğularının məhv edilməsi müddətini 6 aprel 2026-cı il, bazar ertəsi saat 20:00-a qədər 10 gün müddətinə dayandırıram. Danışıqlar davam edir və saxta xəbər mediası və digərlərinin əksini iddia etməsinə baxmayaraq, danışıqlar çox yaxşı gedir”.
Qeyd edək ki, bundan öncə Tramp martın 23-də ABŞ-ın İranın enerji obyektlərini 5 gün ərzində atəşə tutmayacağını açıqlayıb.
Tramp ABŞ-ın İranla, xüsusən də “düzgün insanlarla” danışıqlar apardığı bildirib. Trampın sözlərinə görə, İran xoşməramlı bir jest olaraq təxminən on iki neft tankerinin Hörmüz boğazından keçməsinə razılıq verib.
"Onlar dedilər: sizə ciddi və etibarlı olduğumuzu göstərmək üçün sizə səkkiz gəmi neft verəcəyik", - deyə o bildirib.
Trampın sözlərinə görə, bundan sonra 8 tanker həqiqətən də Hörmüz boğazından maneəsiz keçə bilib.
Mürtəza
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.