AZ

Masallıda yol qəzası - Ölən və yaralılar var

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.

Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Seçilən
18
41
unikal.az

10Mənbələr