21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçi olduğu komanda 8 km qəsəbə stadionunda Portuqaliyanı qəbul edəcək.
Komandaların heyətini sizə təqdim edirik:
15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21)
8 km qəsəbə stadionu. Hakim Xristos Verqetis (Yunanıstan)
Azərbaycan: Xəyal Fərzullayev, Emin Rüstəmov (k), Raul Məmmədov, Eşqin Əhmədov, Rüfət Abbasov, Şahin Şahniyarov, Oruc Məmmədov, Murad Məmmədov, Edqar Ədilxanov, Nahid Əliyev, Əkbər Eyyubov.
Portuqaliya: Joau Karvalyu, Tyaqu Parente, Qabriel Braş (k), Tyaqu Qabriel, Daniel Banjaki, Matiaş Di Amorim, Joau Simoeş, Karluş Forbş, Qonsalu Moreyra, Noa Saviolu, Yusef Şermiti.