AZ

Tramp və Lukaşenko arasında mümkün görüş müzakirə olunur

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eismont TASS agentliyinin sualına cavab olaraq bildirib.

"Trampla mümkün görüş nəzərdən keçirilir. Prezident ABŞ Prezidenti ilə beynəlxalq məsələləri və ikitərəfli münasibətləri müzakirə etməkdən məmnun olardı", - Eismont bildirib.

Daha əvvəl “Associated Press” agentliyi Tramp administrasiyasının bir sıra Belarus maliyyə qurumlarına və iri kalium sənayesi şirkətlərinə qarşı sanksiyaların yumşaldıldığını elan etdiyini bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
redaktor.az

2Mənbələr