AZ

Bu gün Beynəlxalq Teatr Günüdür

Yazını böyüt
Yazını kiçilt

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.

Hafta.az xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyada, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda hər il müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş olunur.

Ölkəmizdə isə mart ayının 10-u - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub.Oxu.Az

Seçilən
10
1
hafta.az

2Mənbələr