AZ

Əhməd İsmayılov: Sosial media platformlarının informasiya istehlakçısına çevrilmələri dövlətlər qarşısında çağırışlar yaradır

İstanbul, 27 mart, AZƏRTAC

İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitində müxtəlif ölkələrin dövlət rəsmiləri, dövlət orqanlarının nümayəndələri, media cəmiyyətinin qabaqcıl ekspertləri iştirak edirlər. Hazırda müzakirəkər məhz rəqəmsal transformasiya dövründə ictimai rəyin formalaşdırılmasındakı aktorlar və onların ətrafında aparılır.

Müzakirələrdə xüsusi qeyd edilən məsələlər, əsasən hazırki rəqəmsal mühitdə rəqəmsal aktorların artıq dünyada böyük bir çağırışa çevrilməsi ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib. Bildirib ki, günümüzdə mövcud sosial media platformlarının iştirakçılarının özlərinin həm də informasiya istehlakçısına çevrilmələri, həmin məzmunun yayılmasını həyata keçirmələri artıq dövlətlər və cəmiyyətlər qarşısında böyük bir çağırış olduğunu göstərir: “Tədbirdə bununla bağlı məhz dövlətlərin müvafiq qurumlarının, eyni zamanda media və vətəndaş cəmiyyətlərinin birgə mexanizmlər işləyib-hazırlaması qeyd olunur. Hazırki müzakirələrdə gələcək perspektivdə belə bir platformların yaradılması ilə bağlı dövlətlər və media subyektləri arasında əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadilələri aprılır. Düşünürük ki, memorandumların imzalanması yolu ilə dövlətlər və media subyektləri bu işin öhdəsindən effektiv şəkildə gələcəklər.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
41
4
azertag.az

5Mənbələr