AZ

Sabir Cəfərov diskvalifikasiya olundu

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə Ölkə.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.

Onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

Seçilən
27
9
olke.az

10Mənbələr