Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rumıniyanın Hunedoara bölgəsindəki keçmiş hərbi baza əyləncə parkına çevrilib.
"Unikal" xəbər verir ki, parkda ziyarətçilərə gecəni tank və ya zirehli personal daşıyıcısında keçirmək imkanı təqdim edilir.
İkinci Dünya Müharibəsi zamanı Rumıniyanın Orastie şəhərində Avropada ikinci ən böyük sursat fabriki olan hərbi baza yerləşirdi. Müharibədən sonra baza fəaliyyətini davam etdirdi və kommunist rejiminin süqutundan sonra ərazinin Arsenal əyləncə parkı kimi qorunması qərara alındı.
Bu gün turistlər açıq hava hərbi muzeyini, əyləncə parkını və hotel kompleksini ziyarət edə bilərlər. Otaq qiymətləri gecəsi 70 dollardan başlayır.
Ağarza Elçinoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.