AZ

İranda 600 məktəb dağıdılıb

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ədalətsizliklər qarşısında sükut və biganəlik heç vaxt təhlükəsizlik və sülhə gətirib çıxarmır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT-nin İnsan Hüquqları Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.

Nazir çıxışında qeyd edib ki, İran hazırda ABŞ və İsrail tərəfindən başladılan “qanunsuz müharibə” şəraitindədir. Onun sözlərinə görə, hücumlar Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı diplomatik prosesin davam etdiyi bir vaxtda həyata keçirilib.

Əraqçi İranın Minab şəhərində yerləşən ibtidai məktəbə hücumu “müharibə cinayəti” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

O bildirib ki, bu hücum əvvəlcədən planlaşdırılıb və məqsədli şəkildə həyata keçirilib:

"Sözügedən hücum nəticəsində 175-dən çox şagird və müəllim həyatını itirib. Son 27 gün ərzində İranda 600-dən artıq məktəb dağıdılıb və ya zərər görüb, 1000-dən çox şagird və müəllim isə həlak olub və ya yaralanıb", - deyə XİN rəsmisi əlavə edib.

Araqçi həmçinin ABŞ və İsraili mülki əhalini və mülki infrastrukturu hədəfə almaqda ittiham edib:

"İran müharibə tərəfdarı deyil, lakin “zəruri olduğu müddətdə müdafiəsini davam etdirəcək”, - o sonda vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
redaktor.az

5Mənbələr