AZ

AÇ-2027: U-21 Bakıda Portuqaliya ilə bacarmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.

Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan gənclər 6-cı tur çərçivəsində doğma meydanda oynayıb.

Rəşad Eyyubovun komandası qrup lideri Portuqaliya millisini qəbul edib. . "Neftçi"yə məxsus "Palms Sports Arena"da baş tutan və ilk yarısı heç-heçə bitən oyunda qonaqlar 4 cavabsız qolla qalib gəliblər.

Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.

AÇ-2027
B qrupu, 6-cı tur
27 mart

Azərbaycan (U-21) – Portuqaliya (U-21) 0:4 
Qollar: 
Qonsalu Moreyra, 51. Tyaqu Parente, 54. Yusef Şermiti, 66. Joau Simoeş, 75.
Hakim: Xristos Vergetis (Yunanıstan).
Bakı. "Palms Sports Arena". 

Azərbaycan: 22. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov (k), 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 11. Nahid Əliyev, 15. Oruc Məmmədov, 18. Raul Məmmədov, 19. Əkbər Eyyubov, 20. Şahin Şahniyarov.

Portuqaliya: 1. Joau Karvalyu, 2. Daniel Banjaki, 4. Tyaqu Qabriel, 6. Qabriel Braş (k), 7. Karlos Forbş, 8. Joau Simoeş, 9. Yusef Şermiti, 10. Qonsalu Moreyra, 11. Noa Saviolu, 14. Matiaş Di Amorim, 19. Tyaqu Parente.
 

Seçilən
4
fanat.az

1Mənbələr