AZ

İordaniya HHQ iki İran raketini zərərsizləşdirib

İordaniya HHQ iki İran raketini zərərsizləşdirib

İordaniya Hərbi Hava Qüvvələri son sutka ərzində İrandan atılan iki ballistik raketi havada məhv edib.

AFN.az "Petra" agentliyinə xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin baş komandanlığından məlumat verilib. Üçüncü raketin isə krallığın şərq hissəsinə düşdüyü bildirilir.

İordaniya ərazisinə düşən mərmi qalıqları maddi ziyana səbəb olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Son günlər İordaniya hava məkanı mütəmadi olaraq raket hücumlarının hədəfinə çevrilir.

Seçilən
17
afn.az

1Mənbələr