AZ

ABŞ dövlət katibi Marko Rubio Fransada keçirilən G7 sammitində iştirak edir.

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio ABŞ-İsrail müharibəsi ilə bağlı danışıqlar aparmaq üçün Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Redaktor.az-ın BBC-yə stinadən verdiyi məlumata görə, Fransaya gedərkən Rubio bildirib ki, İranın faktiki olaraq blokladığı və yanacaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan Hörmüz boğazı məsələsinin həllinə kömək etmək və "tədbir görmək" G7 ölkələrinin "maraqlarına" uyğundur.

Britaniyanın xarici işlər naziri İvet Kuper öz növbəsində bildirib: “Regional sabitliyi bərpa edəcək bu münaqişənin tez bir zamanda həllinə ehtiyacımız var və bu, Hörmüz boğazını da əhatə etməlidir”.

Dünyanın neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i adətən boğazdan keçir və müharibə qiymətlərin artması və potensial çatışmazlıqlar qorxusunu artırıb.

G7 ölkələrinin nazirləri əvvəllər qlobal enerji təchizatını dəstəkləmək üçün "lazımi tədbirlər" görməyə hazır olduqlarını bildiriblər.

“Reuters” qeyd edir ki, son iki gündə Avropa rəsmiləri Rusiyanı İrana kəşfiyyat məlumatı verməkdə ittiham ediblər. Fransaya yola düşməzdən əvvəl Rubio Rusiyanın diqqətini Ukraynadakı müharibəyə yönəltdiyinə inandığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
redaktor.az

2Mənbələr