AZ

İran Hörmüz boğazından üç gəminin keçidinə icazə vermədi

Hörmüz boğazına doğru gedən üç gəmi İran Hərbi Dəniz Qüvvələrindən xəbərdarlıq aldıqdan sonra istiqamətini dəyişmək məcburiyyətində qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumat yayıb.

Bildirilir ki, “LOTUS RISING” adlı gəmi Marşal Adaları bayrağı altında Fars körfəzindən hərəkət edib. Eyni zamanda, Çin şirkətinə məxsus iki konteyner gəmisi – CSCL Arktika Okeanı və CSCL Hind Okeanı da bölgədə müşahidə olunub.

Hər iki konteyner gəmisinin Larek adası istiqamətində hərəkət etdiyi bildirilsə də, sonradan marşrutlarını dəyişərək geri döndükləri qeyd edilir. Hazırda gəmilərin Fars körfəzi ərazisində olduğu bildirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
22
redaktor.az

1Mənbələr