İstanbulda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.
Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Yaralılardan 6 nəfərin jandarma zabiti, əməkdaşı, 8 nəfərin isə məhkum olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.