AZ

Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – Siyahı

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlifpul təminatı növləri verilir.

Trend-inməlumatına görə, bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyənedilmiş faiz miqdarı normaları məbləğində hesablanır.

Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbiqulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-dəolan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlikverilən aşağıdakı pul təminatı növləri təsdiq edilib:

  • zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindənartıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilənfaiz əlavəsi;
  • bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinəgörə üstəlik əlavə;
  • elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
  • kursant vəzifəsi üçün əlavə;
  • paraşütlə tullanmaq üçün pul mükafatı;
  • dalğıc işləri üçün pul mükafatı;
  • hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrindəuzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pulmükafatı;
  • hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlikverilən pul mükafatı;
  • hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlikverilən pul mükafatı;
  • dənizçilər üçün pul təminatı;
  • döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
  • qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuzəsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
  • müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinəverilən pul təminatı;
  • şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilənpul əlavəsi;
  • xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
  • gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbiqulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pulmüavinəti;
  • hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
  • Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlimşəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
  • hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxmamüavinətləri;
  • xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
  • gündəlik və mənzildə yaşamaq xərcləri;
  • səhrada (çöldə) xidmətetmə pulu;
  • ev kirayəetmə pulu.

Qeyd edək ki, Azərbaycan Ordusunda və başqa silahlıbirləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbiqulluqçuların pul təminatı onların vəzifə maaşları və yuxarıdanəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla həmin qurumlarınrəhbərləri tərəfindən müəyyən edilir.

Seçilən
18
15
az.trend.az

6Mənbələr