ABŞ və İsraillə müttəfiq ölkələrin limanlarına doğru və həmin limanlardan hərəkət edən gəmilərin hərəkəti qadağandır.
Heftelik.az-ın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayıb.
Bildirilib ki, bu gün səhər ABŞ Prezidentinin Hörmüz boğazının guya açıq olması ilə bağlı bəyanatlarından sonra müxtəlif ölkələrə məxsus üç konteyner gəmisi icazə almış gəmilərin istifadə etdiyi hərəkət dəhlizinə doğru yönəlib, lakin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra geri qaytarılıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazı bağlıdır və bu boğazda hər hansı hərəkət sərt müdaxilə ilə qarşılanacaq.
Əlavə edilib ki, ABŞ və İsrailin müttəfiqləri və tərəfdarlarının limanlarından çıxan və ya həmin limanlara yönələn istənilən gəminin hərəkəti istiqamətindən və istifadə olunan dəhlizdən asılı olmayaraq, qadağandır.