AZ

"Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Ağalar Vəliyevin maliyyə gizlinləri...

“Kristal Bakı” ASC-nin elə öz rəsmi saytından görünür ki, şirkətin maliyyə hesabatları faktiki olaraq ictimaiyyət üçün açmaqda maraqlı deyil...

“Kristal Bakı” ASC-yə məxsus şirkətin rəsmi saytında 30.06.2025-ci il tarixi ilə yerləşdirilmiş "Kristal Bakı ASC-nin 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatları" adlı başlıq diqqət çəkir. Bu başlığa klik etmədən baxdıqda elə təsəvvür yaranır ki, ASC illik maliyyə hesabatını açıqlayıb və hər şey qaydasındadır.

Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, başlığa klik edildikdə tam fərqli mənzərə ortaya çıxır. Hesabatın yerləşdirilməli olduğu səhifədə heç bir sənəd yoxdur və istifadəçiyə “Not Found”- yəni “Tapılmadı” qeydi göstərilir. Bu isə faktiki olaraq, hesabatın mövcud olmadığını göstərir.

Beləliklə, rəsmi saytda hesabatın adı yerləşdirilsə də, sənədin özü yoxdur. Bu isə ictimaiyyət üçün açıqlanmalı olan maliyyə məlumatlarının əlçatan olmadığı anlamına gəlir. Başqa sözlə, başlıq var, amma hesabatdan əsər-əlamət yoxdur.

Ümumiyyətlə, uzun illərdir “Kristal Bakı” ASC Bakı şəhərinin ən bahalı ərazilərində binaların tikintisi və yüksək qiymətlərlə satışı ilə məşğul olur. Üstəlik, bu fəaliyyətini medianın dəstəyindən istifadə edərək tənzimlədiyi iddiaları da mövcuddur. Medianı reklamla ələ alaraq yalnız “Kristal” barədə müsbət məlumatların yayılmasını təmin etdiyi bildirilir.

Ölkənin demək olar ki, əksər media qurumlarına nüfuz edən bu şirkət barədə neqativ məlumatların yayılması isə faktiki olaraq mümkün olmur. Şirkət reklam verirsə, onunla əməkdaşlıq edən media qurumu yalnız müsbət materiallar yayımlayır. Bu da o deməkdir ki, “Kristal Bakı” ASC bina tikinti bazarında istədiyi informasiya mühitini formalaşdıra bilir.

Həftənin 2-3 günü ölkə mediasında şirkətin yalnız satış və kredit şərtləri ilə bağlı məlumatların yayımlanması da bu iddiaları gücləndirən məqamlardan biri kimi qiymətləndirilir.

Bütün bunların fonunda isə ən vacib olan maliyyə şəffaflığı məsələsi açıq qalır. Çünki şirkətin öz rəsmi saytında yerləşdirilmiş 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatı linki açılmır və sənəd mövcud deyil.

Beləliklə, “Kristal Bakı” ASC-nin elə öz rəsmi saytından görünür ki, şirkətin maliyyə hesabatları faktiki olaraq ictimaiyyət üçün açmaqda maraqlı deyil. Hesabatın adı yerləşdirilsə də, məzmunun olmaması bu məlumatların gizlədildiyi ilə bağlı suallar yaradır. Bu isə onu deməyə əsas verir ki, maliyyə şəffaflığı ilə bağlı vəziyyət heç də “Kristal” deyil.

Qeyd edək ki, “Kristal Bakı” ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz). Vəliyev Pərviz Ağalar oğlu Milli Məclisin deputatı Ağalar Vəliyevin oğludur. Pərviz Vəliyev 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. 2024-cü ildə isə “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb və onun sədri olub.

Ağalar Vəliyevin adı olduqca ciddi qalmaqallı məsələlərdə hallanıb. Məsələn Villası ilə Prezident Sarayını kölgədə qoyan, akvariumunda delfin saxlayan “Alabala”, Eldar Mahmudovun “toru”na düşən, mandat “legitimliyi” qalmaqalı və bir ailənin faciəsinə səbəb ola bilən fakklar və maraqlısı 4 hinduşkaya DSK sədri postuna təyinatrlar kimi məqamlarda çəkilib. Ən sonda isə "Kristal Bakı" ASC-nin 50 faiz səhmini oğluna - Pərviz Vəliyevə ötürərək adını qismən kənarda saxlaya bilib.

"Kristal Bakı" ASC-nin diğər 50 faiz səhmi isə Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Bəs bu şəxslər kimdir? Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur.

Qeyd edək ki, bu yaxınlarda Nəbiyevlərin adı ölkədə külli miqdarda pul çıxarmaqda çəkildi. Nəbiyevlərə məxsus “Diadem” ASC -yə növbəti dəfə cərimə protokolu yazıldı. “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var və Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə sahibdir. Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, ASC-nin kristal.az adlı rəsmi saytında ASC-nin yaranması, dəqiq adı, rəhbərliyi və diğər məlumatlar ümumiyyətlə qeyd olunmur. Bu isə özlüyündə ciddi suallar yaradır və şirkətin "Kristal Bakı" ASC kimi tanınmasını arxa planda saxlayır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr