AZ

İstisu ağ örpəyə büründü – VİDEO

Mart ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, Kəlbəcər rayonunun İstisu qəsəbəsinə qar yağıb.

NOCOMMENT.az xəbər verir ki, yaz fəsli olmasına baxmayaraq, yağan qar ətraf əraziləri yenidən ağ örtüyə bürüyüb. Bu gün havanın yenidən soyuması nəticəsində rayonun yüksək dağlıq hissələrində temperatur aşağı düşüb.

Qeyd edək ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağlıq rayonlarından biri olduğu üçün burada qış mövsümü adətən daha uzun sürür və bəzi illərdə yaz aylarının əvvəlində də qar yağması müşahidə olunur.

Aliyə
NOCOMMENT.az

Seçilən
32
nocomment.az

1Mənbələr