ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.
Moderator.az-ın "İnterfaks" nəşrinə istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir mayın 24-nə qədər həbsdə saxlanılacaq.
İstintaqın versiyasına görə, nazir öz müavini ilə əlbir olaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsini təsdiqləyən qanunsuz əmr verib. Daha sonra bir təşkilatla icarə müqaviləsinin bağlanmasını təşkil edib.
"İstintaq hesab edir ki, vəzifəli şəxsin və onun müavininin hərəkətləri vətəndaşların və təşkilatların hüquqlarının, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub", - deyə mənbə nəşrə bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.