AZ

Trampın imzası dollar əskinaslarında: ABŞ tarixində ilk

Bakı. Trend:

ABŞ-də kağız dollarların dizaynında mühüm dəyişiklik edilməsiplanlaşdırılır.

Trend xəbərverir ki, ölkənin maliyyə naziri Skott Bessent bildirib ki, yeniburaxılacaq əskinaslarda maliyyə naziri ilə yanaşı, PrezidentDonald Trampın da imzası yer alacaq.

Rəsmi açıqlamaya görə, bu, ABŞ tarixində ilk belə hal olacaq —indiyədək dollar əskinaslarında yalnız xəzinədarın imzası olurdu.Yeni seriyada isə bu ənənə ləğv ediləcək və 165 ildən sonra ilkdəfə xəzinədarın imzası əskinaslardan çıxarılacaq.

Maliyyə naziri Skott Bessent bildirib ki, yeni əskinaslarınburaxılışı Amerikanın bu il qeyd olunan 250 illiyinə təsadüfedəcək. Onun sözlərinə görə, bu addım ölkənin iqtisadinailiyyətlərini və dolların qlobal mövqeyini simvolizə edir.

"Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ misilsiz iqtisadiartıma və maliyyə sabitliyinə doğru irəliləyir. Onun adının dollarəskinaslarında yer alması bu nailiyyətlərin ən aydın ifadəsidir", —deyə nazir vurğulayıb.

ABŞ xəzinədarı Brendon Biç də təşəbbüsü dəstəkləyərək bildiribki, Trampın ölkə iqtisadiyyatına töhfəsi "danılmazdır" və onunimzasının milli valyutada əks olunması "tamamilə haqlıdır".

"Reuters"in məlumatına görə, Donald Tramp və Skott Bessentinimzası olan ilk 100 dollarlıq əskinasların iyun ayında çapınabaşlanması planlaşdırılır.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

4Mənbələr