AZ

Onkoloji xəstələr də sığortalaya daxil edilməlidir...

Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir çox xəstəliklər var ki, bu gün dünyada çox geniş yayılıb. Onkoloji, ürək- damar, diabet, böyrək , qaraciyər catışmazlıqları  bu xəstəliklərdən sayılır.

Ölkəmizdə də adını çəkdiyimiz xəstəliklər  geniş yayılıb və bu gün də yayılmaqdadır. Ona görə də həmin xəstəliklərin müayinəsi və müalicəsi üçün Dövlət Proqramı da hazırlanıb! Çox sevindirici haldır ki, dövlət bu məsələləri daima  diqqət mərkəzində saxlayır. Ən azından ona görə ki, adını çəkdiyimiz xəstəliklərin çoxunun müalicəsi və müayinəsi icbari tibbi sığortaya daxil edilib .  İnsanlar da davamlı olaraq bu imtiyazlardan istifadə edir.

Bunun da bir neçə  müsbət tərəfləri var. Ona görə ki, müayinlər zamanı gizli gedən bəzi xəstəliklər aşkarlanır və belə xəstəlikləri də vaxtında aşkar etdiklərinə görə, tez də müalicə etmək  mümkündür. Onkoloji xəstələrin sayı isə ildən- ilə daha da artır.Bu xəstəliyin müalicəsi və müayinəsi isə küllü miqdarda vəsait tələb edir.

Amma gəlin ,onunla razılaşaq ki, bu vəsait də hər adam  yoxdur.Təkcə müayinədən keçmək üçün 1500-2000 manat pul lazımdır. Bu isə hər adamın imkanı daxilində deyildir. Ona görə də , bir çox mütəxəssislər və ekspertlər bildirirlər ki, onkoloji xəstələrində  müayinəsi və müalicəsi  icbari tibbi sığorta paketinə daxil edilməlidir. Əgər belə olarsa , bütün xəstələr bu hüquqdan istifadə edə bilər.Bir sözlə, həmin təkliflərin həyata keçirilməsi  əhalinin  böyük sevincinə səbəb ola bilər! Allah bütün xəstələrə şəfa versin!!!

Emil FAİQOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
adalet.az

2Mənbələr