AZ

Kadırov fəxr edir: “Ukrayna müharibəsinə ən çox məhkumu biz göndərmişik”

Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Çeçenistan Ukraynaya qarşı müharibədə döyüşmək üçün müqavilə imzalayan məhkumların sayına görə Rusiya bölgələri arasında birinci yerdədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, muxtar respublikanın başçısının sözlərinə görə, bu məlumatları ona regional Federal Penitensiar Xidmətin rəisi Əhməd Adayev verib.

Kadırov qeyd edib ki, bu, "ikinci hərbi əməliyyatın əvvəlindən" bəri imzalanmış 571 müqaviləyə aiddir.

“İkinci hərbi əməliyyatın əvvəlindən bəri Rusiya Federasiyasının Çeçenistan Respublikasındakı Federal Penitensiar Xidməti vasitəsilə 571 müqavilə imzalanıb... Vətənlərini müdafiə etmək üçün silah götürmək istəyənlər yalnız könüllü olaraq Rusiya Müdafiə Nazirliyinə qoşulurlar. Bu il onlara da bu fürsət verilir. Əhməd Əliyeviçin sözlərinə görə, "respublikamız bu baxımdan birinci yerdədir", - Kadırov öz Telegram kanalında yazıb.

Lakin müharibəyə göndərilən rusiyalı məhlumlrın dəqiq ümumi sayı ictimaiyyətə açıqlanmayıb. Rusiya Federasiyası Ali Məhkəməsinin sədr müavini Vladimir Davıdov əvvəllər həbsxanalarda və istintaq təcridxanalarında olan insanların sayının tarixi minimuma düşdüyünü bildirib: mart ayının əvvəlində orada 308.000 məhbus saxlanılırdı, müharibədən əvvəl isə bu rəqəm təxminən 466.000 olub.

Mediazona və BBC-nin məlumatına görə, 2022-ci ilin fevral ayından bəri müharibədə ən azı 23.187 məhbus ölüb - təsdiqlənmiş, düzəlməz itkilərin 11,24%-i. Bu rəqəmlərdə həmçinin 63 zabit qeyd olunur.

Eyni zamanda, bu hesablamalara görə, Çeçenistan məhbus ölümlərinin ən aşağı olduğu bölgələrdən biridir: 22 belə hal qeydə alınıb.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr