ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Füzuli şəhəri olub.Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli şəhərinə gələn səyyahlar işğal zamanı dağıdılmış ərazilərə baxıblar.Eyni zamanda, azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinin şahidi olublar.Bununla da dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri başa çatıb.Qeyd edək ki, ikigünlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir.Bu isə sayca indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis
bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb.“NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.




Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.