AZ

“Hər dəfə akademik tamaşalar oynayırıq, amma tamaşaçıların istəyini də nəzərə almalıyıq ki....” - ÖZƏL+FOTO

“Bütün həmkarlarımı Beynəlxalq teatr günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bu təkcə teatr aktyorlarına, rejissorlarına yox, həm də teatrsevər tamaşaçılarımıza aid bir gündür. Dünya teatr gününə Azərbaycan da 153 ildir ki, töhfə verir. Bilirsiniz ki, Azərbaycan teatrı Şərqdə ilk peşəkar teatrdır. Biz bununla qürur duyuruq və fəxr edirik”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktyoru Sabir Məmmədov deyib.

O daha sonra müasir teatrın zamanın bütün tələblərinə cavab verməsi haqda sualı cavablandırıb:

“Zaman və teatr.. Bu sual teatrın qarşısında duran prioritet məsələdir. Mən düşünürəm ki, müasir teatr da bizim müasir gəncliyimizlə ayaqlaşmaq istəyir. Sözün düzü mən teatrı belə təsəvvür edirəm ki, tamaşaçı teatra tərəf gəlməlidir, teatr tamaşaçıya tərəf yox. Teaatr həyatın bir parçası, bir hissəsidir. Amma bu mənada ki, bir pillə həyatdan yuxarıdadır. Səhnə həyat və reallıq deyil. Səhnədən reallığa gəlmək çox çətindir. Teatr bir addım öndə olmalıdır. Sözsüz ki, biz buna çalışırıq. Bütün dünya teatrları, rejissorları buna çalışır ki, teatr tamaşaçını öz arxasınca aparsın. Bəzən tamaşaçı səhnədə müasir dövrlə səsləşən zarafatlar, hansısa əşyalar və replikalar, hətta canlı heyvanlar belə görür. Bu da marketinqlə bağlıdır. Teatrın özünəməxsus marketinqi var. Bütün saydıqlarım normal haldır. Düzdü, hər dəfə biz akademik, peşəkar tamaşalarla tamaşaçıların qarşısına çıxırıq, amma müasirliyi cəlb etmək üçün teatr bəzi şərtlərdən də istifadə etməlidir. Bunun üçün də müasir dövrdə teatrın öz spesifik marketinqi də olmalıdır. Müasirliyin bir elementlərindən biri də marketinqdir” deyə sənətkar bildirib.

Seçilən
19
1
moderator.az

2Mənbələr