AZ

Dövlətin elmə olan diqqətinin bariz nümunəsi

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanda elm və təhsil sahəsi dövlətin hər zaman prioritet olaraq diqqət yetirdiyi sahələrdən olub. Ölkədə savadlı, bilikli kadrların yetişdirilməsi, onların daha elmli və bacarıqlı olması məqsədilə müntəzəm olaraq atılan addımlar, imzalanan fərman və sərəncamlar dövlətin elmə olan diqqətinin bariz nümunəsidir".Bu fikirləri Newscenter.az-a Milli Məclsin deputatı İlham Məmmədov 27 mart Elm Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran millət vəkili deyib ki, bu, dövlət səviyyəsində elmə, elm adamlarına olan münasibətin sübutudur. İlham Məmmədov vurğulayıb ki, Elm Gününün məhz 27 mart tarixi olaraq müəyyən edilməsi də təsadüfi deyil. Millət vəkilinin sözlərinə görə, 27 mart tarixi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradıldığı gündür:"Məlumat üçün qeyd edək ki, 1945-ci ildə təsis olunan Milli Elmlər Akademiyası Azərbaycanın elmi həyatında mühüm rol oynayaraq müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatların aparıldığı əsas mərkəzə çevrilib. Bu mənada Elm Gününün təsis olunması həm də alimlərin əməyinə verilən dəyərin göstəricisidir. Çünki ölkəmizin alimlərinin zəhməti nəticəsində əldə olunan biliklər gələcək nəsillərin daha savadlı, daha yaradıcı və daha innovativ olmasına zəmin yaradır".İlham Məmmədov onu da deyib ki, elmi inkişaf olmadan davamlı iqtisadi inkişaf, uğur və nailiyyətlər qazanmaq mümkün olmaz.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
newscenter.az

2Mənbələr