AZ

Aylıq normadan 247 faiz çox yağıb

ain.az, Gununsesi saytına istinadən bildirir.

Martın 27-si saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 faizini təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
15
icma.az

10Mənbələr