AZ

İranda müharibə bir neçə həftəyə başa çatacaq- Rubio

Ajans.az "Sky News"a istinadən xəbər verir ki, o, bu barədə Fransada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib. "Bizim hədəflərimiz var və onların əldə olunmasına artıq yaxınlaşdığımıza əminik", - deyə Rubio qeyd edib. O, həmçinin istisna etməyib ki, İran Hörmüz boğazında gəmilərin keçidi üçün rüsum tətbiq edə bilər, lakin vurğulayıb ki, bu strateji marşrutda hər hansı daimi rüsum "qəbuledilməz" olacaq.

ABŞ-nin İrana quru müdaxiləsi ehtimalına toxunan Rubio bildirib: "Biz bütün məqsədlərimizə quru qoşunları ilə də nail ola bilərik. Lakin hər zaman prezidentə maksimum seçim imkanı verməyə və gözlənilməz vəziyyətlərə uyğunlaşmağa hazır olacağıq".

Seçilən
27
2
Ajans.az

3Mənbələr