AZ

TƏCİLİ! ABŞ onların başına 10 milyon dollar qoydu – Ağ Ev QARIŞDI

ABŞ Dövlət Departamenti İrana bağlı kiber-cinayətkarlar haqqında məlumat verənlər üçün 10 milyon dollar mükafat təyin etdiyini açıqlayıb. Xüsusi xidmət orqanlarının diqqət mərkəzində “Handala” qruplaşması və “Parsian Afzar Ryan Borna” strukturuna daxil olan hakerlər dayanıb.

NOCOMMENT.az xəbər verir ki, bu kəskin addıma səbəb FTB direktoru Keş Patelin şəxsi elektron poçtunun sındırılması ilə bağlı yayılan rəsmi bəyanat olub. Hakerlər nəinki yüksək rütbəli məmurun məxfi məlumatlarını ələ keçiriblər, həm də bu materialların böyük bir qismini açıq şəbəkədə paylaşıblar.

İndi Vaşinqton iranlı kiber-müdaxiləçilərin şəxsiyyətini müəyyənləşdirməyə və onları məsuliyyətə cəlb etməyə kömək edəcək istənilən informasiya üçün səxavətlə ödəməyə hazırdır. Ekspertlər hesab edir ki, 10 milyon dollarlıq mükafat ABŞ-ın kiber-təhlükəsizlik sahəsindəki nüfuzunu bərpa etmək və Tehranın kiber-hücumlarına cavab vermək istəyindən xəbər verir.

Sara,
NOCOMMENT.az

Seçilən
25
nocomment.az

1Mənbələr