AZ

Emin Mahmudov rekordunu yenilədi

“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində millimiz Sent Lüsiyanı məğlub edib - 6:1.

"Football-plus.az" xəbər verir ki, oyunda ilk qolu ikinci dəqiqədə penaltidən komandanın kapitanı Emin Mahmudov vurub.

Bu, Eminin millinin heyətində 16-cı qoludu. Emin bu göstəriciyə görə özünə məxsus olan rekordu yeniləyib.

Millinin heyətinə ən çox qol vuranlar sırasında ikinci yerdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdu.

Seçilən
34
1
football-plus.az

2Mənbələr