oleybol üzrə 14 yaşadək qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin pley-off mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, qızların oyunları AVF-nin idman zalında, oğlanların qarşılaşmaları isə Abşeron OİK-də keçirilib.
Oyunların nəticələrinə əsasən yarımfinal mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib.
Qızların yarışında ümumilikdə 8 komanda – “AZERRAIL”, “Milli Aviasiya Akademiyası”, “Möminə Xatun”, “Şərqi Zəngəzur RVK-2”, “Gəncə RVK”, “Turan”, “Şərqi Zəngəzur RVK-1” və “Oğuz RVK” pley-off mərhələsində mübarizə aparıb.
Qarşılaşmaların nəticəsinə əsasən “AZERRAIL”, “Möminə Xatun”, “Turan” və “Şərqi Zəngəzur RVK-1” komandaları qələbə qazanaraq yarımfinala vəsiqə əldə ediblər.
Oğlanların yarışında isə “Şərqi Zəngəzur RVK”, “Naxçıvan”, “Sumqayıt RVK”, “Gəncə RVK”, “Turan” (Slavyanka), “Bakı RVK”, “Oğuz RVK” və “Turan” komandaları pley-off mərhələsində çıxış ediblər. Görüşlərin nəticəsinə görə “Naxçıvan”, “Sumqayıt RVK”, “Bakı RVK” və “Oğuz RVK” komandaları qalib gələrək yarımfinal mərhələsinə yüksəliblər.
Bu gün həm qızlar, həm də oğlanlar arasında yarımfinal oyunları keçiriləcək. Bütün qarşılaşmalar AVF-nin idman zalında təşkil olunacaq.
U-14 (qızlar)
“AZERRAIL” – “Milli Aviasiya Akademiyası” 2:0 (25:20, 25:23)
“Möminə Xatun” – “Şərqi Zəngəzur RVK-2” 2:0 (25:13, 25:17)
“Gəncə RVK” - “Turan” 0:2 (20:25, 12:25)
“Şərqi Zəngəzur RVK-1” - “Oğuz RVK” 2:0 (25:17, 25:17)
Ünvan: AVF-nin idman zalı
U-14 (oğlanlar)
“Şərqi Zəngəzur RVK” - “Naxçıvan” 0:2 (14:25, 18:25)
“Sumqayıt RVK” - “Gəncə RVK” 2:1 (21:25, 25:17, 15:13)
“Turan” (Slavyanka)- “Bakı RVK” 0:2 (17:25, 14:25)
“Oğuz RVK” - “Turan” 2:0 (25:15, 25:14)
Ünvan: Abşeron OİK