AZ

Hakan Fidanla Pakistan XİN rəhbəri arasında kritik telefon danışığı olub

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri müzakirə ediblər. Həmçinin sülh, sabitliyin təşviqi üzrə dialoqun və davamlı diplomatik səylərin vacibliyi vurğulanıb. Nazirlər bu xüsusda sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Mətləb

Seçilən
13
3
sia.az

10Mənbələr