AZ

Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin

Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir.

Milli.Az xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:

Bir stəkan su için: Orqanizmin və beynin düzgün işləməsi üçün su həyati əhəmiyyət daşıyır. Səhər ilk olaraq bir stəkan su içmək bədənin maye ehtiyacını qarşılayır və beyin fəaliyyətini dəstəkləyir. Qeyd olunur ki, kifayət qədər su içmək yorğunluğun qarşısını alır, gün ərzində qısa müddətli yaddaşı, diqqəti və reaksiya sürətini artırır.

Üzünüzü gün işığına tutun:Gün ərzində işıq və qaranlığa məruz qalmaq bədənin sirkadiyen ritmini (bioloji saatı) tənzimləyir.Oyandıqdan sonra ilk 30 dəqiqə ərzində çölə çıxmaq və ya günəş şüası düşən pəncərə önündə olmaq, gün boyu daha ayıq qalmağa və gecə daha yaxşı yatmağa kömək edir. Araşdırmalar da göstərir ki, səhər gün işığına çıxmaq əhval-ruhiyyəni yaxşılaşdırır.

Ekran vaxtını azaldın: Günün böyük hissəsini telefon və kompüter qarşısında keçirmək zehni sağlamlığa mənfi təsir edir. Buna görə səhərə ekranla deyil, insanlarla ünsiyyətlə başlamaq tövsiyə olunur. Dostla danışmaq, zəng etmək və ya birlikdə gəzintiyə çıxmaq həm də təkliyin yaratdığı zehni geriləmənin qarşısını alır.

Hərəkət edin: Fiziki aktivlik beynə güclü təsir göstərir. Günü sadə idman hərəkətləri ilə başlamaq gün boyu zehni funksiyaları yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, müntəzəm fiziki aktivlik həm gündəlik, həm də uzunmüddətli perspektivdə beyin sağlamlığını qoruyur.

Səhər yeməyi yeyin: Qida baxımından zəngin səhər yeməyi qan şəkərini balanslaşdırır və gün ərzində enerji verir. Bu, şirniyyatlar, un məmulatları və əlavə şəkərli içkilərin məhdudlaşdırılması deməkdir və beyin sağlamlığı üçün daha faydalıdır.

Milli.Az

Seçilən
40
1
milli.az

2Mənbələr