AZ

Almaniyada daşınmaz əmlak qiymətləri artıb

Bakı. Trend:

Almaniyada daşınmaz əmlak qiymətləri son dövrdə xeyli artıb.Ölkədə ev və mənzillər 2025-ci ilin dördüncü rübündə əvvəlki ilineyni dövrü ilə müqayisədə orta hesabla 3 faiz bahalaşıb. Ümumilikdəisə 2025-ci ildə daşınmaz əmlak əvvəlki illə müqayisədə 3,2 faizbahalaşıb və 2022-ci ildən sonra ilk dəfə illik artım göstərib.

Trend xəbər verir ki, bubarədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatındabildirilib.

Məlumatda qeyd olunub ki, bahalaşma bütün regionlarda müşahidəedilib. Ən böyük artım seyrək məskunlaşmış kənd rayonlarında qeydəalınıb. Burada mənzillər 5,4 faiz, iri şəhərlərdə isə 4,8 faizbahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində - Berlin, Hamburq,Münxen, Köln, Frankfurt, Ştutqart və Düsseldorfda qiymətlər 2,1faiz artıb.

Fərdi evlər də bahalaşıb. Bu kateqoriyada qiymətlər kəndrayonlarında 3,2 faiz, iri şəhərlərdə 3,1 faiz, metropollarda isə1,5 faiz artıb.

Seçilən
13
6
az.trend.az

7Mənbələr