AZ

Tailand gəmilərinin Hörmüz Boğazından keçməsi üçün İranla razılığa gəlib

Tailand neft tankerlərinin Hörmüz Boğazından təhlükəsiz keçidinin təmin olunması üçün İranla razılığa gəlib.

“Al Arabiyya”nın xəbərinə görə, bunu Tailandın Baş naziri Anutin Çarnvirakul mətbuat konfransında deyib.

“Razılaşma sayəsində, mart ayının əvvəlində gəmi keçidində qeydə alınan pozulmaların təkrarlanmayacağı ilə bağlı arxayınlığımız var. Hökumət dəyişkən situsasiyalara adaptasiya olmağa və ictimaiyyətə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görməyə davam edəcək”,- Baş nazir bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın dəniz təhlükəsizliyi agentliyini “UKMTO”-nun məlumatına görə, indiyə qədər Hörmüz Boğazında və Oman Körfəzində 11 tanker də daxil olmaqla 24 ticarət gəmisinə hücum edilib və ya onlarda insident qeydə alınıb.

Seçilən
13
4
apa.az

5Mənbələr