AZ

Sabiq "Arsenal"lı vəfat etdi

Şotlandiya millisinin, "Arsenal" və "Aston Villa" klublarının keçmiş yarımmüdafiəçisi Aleks Kropli 75 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə Birminhem təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Ölüm səbəbi açıqlanmayıb. 2020-ci ildə şotlandiyalının demensiya xəstəliyindən əziyyət çəkdiyi bildirilmişdi.

Kropli peşəkar karyerasına 1968-ci ildə "Hibernian" klubunda başlayıb və 1972-ci ildə Şotlandiya Liqa Kubokunu qazanıb. 1974-cü ilin dekabrında London "Arsenal"ına keçib, lakin ayağında sınıq olduğuna görə az oynayıb.

Daha sonra 125 min funt sterlinqə "Aston Villa"ya keçib və 1977-ci ildə komanda ilə İngiltərə Liqa Kubokunu qazanıb. O, "Toronto" və "Portsmut"da da oynayıb, lakin 31 yaşında davamlı zədə problemləri səbəbindən karyerasını başa vurub.

Aleks Kropli Şotlandiya milli komandasında 2 oyun keçirib.

Seçilən
12
1
fanat.az

2Mənbələr