ABŞ-ın Sietl şəhərində keçiriləcək UFC turniri öncəsi rəsmi çəkiölçmə mərasimi baş tutub.
Publika.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün diqqət mərkəzində isə təmsilçismiz Tufiq Musayev yer alıb.
Yüngül çəkidə çıxış edən Musayev rəqibi İqnasio Bahamondes ilə eyni çəki göstərib – 70,3 kq. Bu, döyüşün rəsmi olaraq baş tutacağını təsdiqləyib və azərbaycanlı döyüşçünün UFC-də növbəti çıxışı üçün bütün maneələri aradan qaldırıb.
Turnir martın 29-na keçən gecə təşkil olunacaq. Onun da iştirak edəcəyi ilkin görüşlər Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Əsas kart Bakı vaxtı ilə saat 04:00-da start götürəcək. Gecənin əsas döyüşündə orta çəkidə keçmiş çempion İsrail Adesanya ilə Co Payfer üz-üzə gələcək. Hər iki döyüşçü çəkiölçmədə 84,36 kq nəticə göstərib.