Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dağıstanda daşqınlar səbəbindən 60.000 insan işıqsız qalıb.
Axar.az xəbər verir ki, leysan yağışlar Mahaçqala, Dərbənd və Dagestanskiye Oqni şəhərlərinə də təsir edib.
Mahaçqalada daşqın suları şəxsi yaşayış evlərinin yerləşdiyi əraziləri basıb. Təxminən 20 evin su altında qaldığı bildirilib.
Daşqın küçələrdəki avtomobilləri də aparıb.
Mahaçqala da daxil olmaqla, Dağıstanın on dörd rayonu elektrik enerjisiz qalıb. Xilasedicilərin insanları qayıqla təxliyə etdikləri bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.