AZ

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çempionlar Liqasında əla çıxış etməsi “Qarabağ”ın oyunçularına marağı artırıb. Xüsusilə qolçuluq bacarığını göstərən Kamilo Duran diqqət mərkəzinə düşüb.Bizim.Media xəbər verir ki, bir neçə klubun transfer hədəfində olan 24 yaşlı kolumbiyalının indi də La Liqaya yollanmaq ehtimalı yaranıb.

 

Sosial şəbəkələrdəki xəbər qaynaqlarında Duranın “Jirona”ya yollanmaq variantından bəhs edilir. Klublardan bu barədə hər hansı açıqlama yoxdur, fərqli mənbələr isə eyni məlumatı paylaşır.

Yazılanlara inansaq, “Jirona” yayda ağdamlıların qapısını döyəcək. İspaniya təmsilçisi Kamilo üçün 12 milyon avro xərcələməyin əleyhinə deyil.Qeyd edək ki, “Qarabağ” Duranı ötən yay Portuqaliya təmsilçisi “Portimonense”dən transfer edib. Kolumbiyalının 2028-ci ilin iyununadək müqaviləsi var.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
bizim.media

10Mənbələr