AZ

Dövlət uşaq müəssisələrindən 864 uşaq ailələrinə qaytarılıb

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Ötən dövrdə nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 856 uşaq övladlığa verilib. Onlardan 432-si oğlan, 424-ü qızdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA -ya verilən məlumata görə, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 471-i oğlan, 393-ü qız olmaqla 864 uşaq öz ailələrinə qaytarılıb.

Həmçinin 889 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
17
sia.az

10Mənbələr