AZ

Brent markalı neftin qiyməti 45 ayın ən yüksək həddinə çatıb

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Brent" markalı neftin qiyməti 45 ayın ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, fevral ayının sonunda ABŞ və İsrailin İrana hücumu ilə başlayan Yaxın Şərq böhranında baş verən hadisələr səbəbindən bazarlarda dəyişkənlik davam edir.

ABŞ və İsrailin İran hədəflərinə qarşı həyata keçirdiyi son hücumlar, eləcə də İranın Körfəz bölgəsindəki enerji infrastrukturuna yönəlmiş cavab zərbələri qlobal əmtəə bazarlarını sarsıtmaqda davam edir.

Qlobal neft bazarlarında kəskin artım müşahidə olunub. “Brent” markalı xam neftin bir barelinin qiyməti 6,3 faiz artaraq 114 dolları keçib və bu, 2022-ci ilin iyun ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

ABŞ xam (WTI) nefti üzrə fyuçers müqavilələri isə 6,2 faiz yüksələrək 100 dollar həddini aşıb.

Fevralın sonundan etibarən “Brent” xam nefti üzrə fyuçerslər təxminən 45 faiz bahalaşdığı halda, WTI 40 faiz dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
banco.az

2Mənbələr