AZ

Sabiq baş naziri və DİN rəhbərini həbsə atdılar

Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xəbərə əsasən, bu həbslər ötən ilin sentyabrında Z nəslinin korrupsiyaya qarşı keçirdiyi aksiyalar zamanı onlarla insanın həyatını itirməsi faktı üzrə aparılan istintaq tədbirləri çərçivəsində reallaşıb.

Saxlanılma qərarı yeni təyin olunmuş Baş nazir Balendra Şahın andiçmə mərasimindən bir gün sonra, sentyabr iğtişaşlarını araşdıran xüsusi komissiyanın rəyi əsasında icra edilib. Sözügedən komissiya sabiq hökumət rəhbərini nümayişlərin ilk günündə azı 19 etirazçının ölümü ilə nəticələnən atışma zamanı lazımi tədbir görməməkdə təqsirli bilib. Ümumilikdə iki gün davam edən və nəticədə Olinin istefası ilə yekunlaşan toqquşmalarda 76 nəfər həyatını itirib.

Seçilən
0
3
publika.az

4Mənbələr