AZ

İntensiv yağışlar Mingəçevir su anbarında suyun səviyyəsini artırdı

Son iki gündə intensiv yağan yağışlar nəticəsində Mingəçevir su anbarında suyun səviyyəsi 15 santimetr artıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 79 metr 13 santimetr təşkil edir.

Bu da ötən ilin bu günə olan müvafiq göstəricisindən 60 santimetr yüksəkdir. Dünən üçün 7, bu gün üçün isə qeydə alınan 8 santimetrlik səviyyə artımı mütəxəssislərin fikrinə görə əsasən Yenikənd su anbarı səmtindən Kür çayının Mingəçevir su anbarı istiqamətində axın həcminin artması nəticəsində gerçəkləşib.

Su anbarında səviyyə artımı anbardan Kür çayına buraxılan su həcminə və çayın bəzi istiqamətlərdə səviyyə həddinə də qismən təsir edib.

Seçilən
12
2
publika.az

3Mənbələr