AZ

Avropada məşhur brendə məxsus 12 ton şokolad oğurlandı FOTO

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropada 12 ton şokolad oğurlanıb.

Ölkə.Az xəbər verir ki, qida nəhəngi “Nestlé” Avropada 12 tonluq “KitKat” partiyasının oğurlandığını açıqlayıb.

“Nestlé” keçən həftə Avropadakı istehsal və paylama məntəqələri arasında daşınan 413793 ədəd şokolad daşıyan bir yük maşınının oğurlandığını bildirib.

Oğurluq yük İtaliyadan Polşaya doğru daşınarkən baş verib.

Şirkət oğurluğun Pasxa bayramından əvvəl mağazalarda şokolad çatışmazlığına səbəb ola biləcəyini açıqlayıb.

Oğurlanmış yük maşını və içindəkilər hələ tapılmayıb.

Yerli hakimiyyət orqanları və təchizat zənciri tərəfdaşları ilə birlikdə araşdırma aparılır.

“Nestle” oğurlanmış məhsulların Avropada qeydiyyatsız satış kanallarına düşə biləcəyi barədə xəbərdarlıq edib.

Billurə

  Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
olke.az

3Mənbələr