AZ

Yaponiya Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

Bakı. Trend:

2025-ci ildə Yaponiyanın Azərbaycana birbaşa investisiyalarınınhəcmi 245,453 milyon ABŞ dolları təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici2024-cü illə müqayisədə 3,971 milyon dollar və ya 1,6% artıb.

Məlumatlara əsasən, hesabat ilində Yaponiyadan Azərbaycanayatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakıpayı 3,7% olub.

Eyni zamanda, 2025-ci il ərzində Azərbaycan Yaponiyanıniqtisadiyyatına 16,199 milyon dollar investisiya yatırıb ki, bu daəvvəlki illə müqayisədə 9,211 milyon dollar və ya 36,2% azdır.

Azərbaycanın Yaponiya iqtisadiyyatına yatırdığı investisiyalarınümumi birbaşa xarici investisiyalardakı payı 0,6% təşkil edib.

2024-cü ildə Yaponiyadan Azərbaycana ümumi birbaşainvestisiyaların həcmi 241,482 milyon dollar, əks istiqamətdə isə25,410 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu,2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyibirbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard dollar olubki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4%artım deməkdir.

Məqalədə:
Seçilən
29
4
az.trend.az

5Mənbələr