AZ

Azərbaycan Yüksək Liqası: “Milli Aviasiya Akademiyası” “Abşeron”u məğlub edib YENİLƏNİR

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Günün ilk matçında “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı keçən qarşılaşmada “Milli Aviasiya Akademiyası” rəqibini 3:2 hesabı ilə məğlub edib.

17:00-da başlayan digər oyunda isə UNEC komandası “Gəncə” ilə münasibətlərinə aydınlıq gətirir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində “Azərreyl” “DH Volley”ə, “Murov Az Terminal” isə “Turan”a 0:3 hesabı ilə uduzub. Cavab matçları aprelin 2-3-də keçiriləcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
icma.az

2Mənbələr