AZ

ABŞ Vitse-prezidenti: Tezliklə İrandan çıxacağıq, benzinin qiyməti yenidən düşəcək

ABŞ İranda əsas hərbi məqsədlərinə çatıb.

APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens bildirib.

O qeyd edib ki, Vaşinqton İrandakı hərbi məqsədlərinin əksəriyyətinə nail olub.

Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp oxşar hadisələrin təkrarlanması riskini azaltmaq üçün əməliyyatı bir müddət davam etdirmək qərarına gəlib.

"Əməliyyatların əsas məqsədi İranın hərbi potensialının uzunmüddətli neytrallaşdırılmasıdır", - ABŞ Vitse-prezidenti əlavə edib.

Vitse-prezident əlavə edib ki, ABŞ uzunmüddətli mövcudluqda maraqlı deyil və yaxın zamanda İrandan çıxmağı planlaşdırır.

“Biz bir il, iki il sonra İranda olmaqda maraqlı deyilik. Biz işimizi görürük, tezliklə oradan çıxacağıq və benzinin qiyməti yenidən düşəcək”, - o vurğulayıb.

Seçilən
11
8
apa.az

10Mənbələr