AZ

Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

“İki sahil” nazirliyə istinadən xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Seçilən
5
35
ikisahil.az

10Mənbələr